Qonaq Kitabı
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən

Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,

Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.

 

Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün,

Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən.

 

Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox,

Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən.

 

Aşiq oldur canü dildən dərd qıldı ixtiyar,

Dərdinə dərman buldu dərdi təkrar istəyən.

 

Can verib bir can üçün yansa Həbibi, qəm deyil,

Masəvadan fariğ oldu vəsli-dildar istəyən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info