Qonaq Kitabı
Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın

Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,

Könlüm eydür: yürü sən (1), var san şol, gözü qaşdan saqın.

 

Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,

Ey sənəm, billah, lütf et, abu atəşdən saqın.

 

Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşid

Sözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın.

 

Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,

Yürü var şol məsti-cadu iki sərxoşdan saqın.

 

Ol həbibi-bivəfanın qövlinə inanma sən,

Ey Həbibi, sana dedim abu atəşdən saqın.

 

 

(1) "Sən" artıqdır



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info