Qonaq Kitabı
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,

Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.

 

Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,

Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.

 

Ey könlü səngü adəti cəng, xuyi həm pələng,

Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.

 

Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,

İşi vəfa və könlü səfa, aşiqin sevən.

 

Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,

Dərdi-bəladən inciməsin aşiqəm deyən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info