Qonaq Kitabı
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən

Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.

Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.

 

Çıxmaya sevdayi-zülfın başdan, ey məh, gər yüz il

Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən.

 

Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim (1),

Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən

 

Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,

Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

 

Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,

Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən?

 

Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,

Çün batar cisminə təndə hər tük olmuş bir tikən.

 

 

(1) Üçüncü beyt cüngdəndir



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info