Qonaq Kitabı
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am

Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,

Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.

 

Sufiya, qoy nəngü nami, cami-safi nuş qıl,

Saqiyi-məhru əlindən, aşiqa, sən alma xam.

 

Könlünün ayinəsini hər nəfəs pak eyləgil,

Şol müsəffa ab ilə bu yengini anun müdam.

 

Meykədə içrə muqim ol, der isə piri-muğan,

Sən anun dür kimi sözün sima qıl, al ələ cam.

 

Rətbü yabis sözü qoy vaiz dimağın xuşgünü,

[Gərmü]-tər et cami-Cəmdən kim budur xeyrül-kəlam.

 

Ey Həbibi, sən müdam iç şol şərabın camını,

Anun əsrarını saxla, bilməsünlər xasü am.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info