Qonaq Kitabı
Ol zaman kim məst qıldı çeşmi məxmurun məni!

Ol zaman kim məst qıldı çeşmi məxmurun məni! (1)

Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.

 

Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı,

Bu pərişan könlümün olalı zülfin məskəni.

 

Bu cəhanü can dimağın tazəvü xoşbu edər,

Dəprədə badi-səba çünkim şu zülfi-müşkini.

 

Ey şahənşahi-cəhan, vey padşahi-insü can,

Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni.

 

Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə,

Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni.

 

Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can,

Görəli can Kəbəsində çün o vəchi-əhsəni.

 

Bu Həbibi surəti-rəhmanə edər səcdəsin,

Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni.

 

 

(1) Bu qəzəl vəzn və qafiyə etibarilə nöqsanlıdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info