Qonaq Kitabı
Dur uru, ey saqiyi-məhru bizə

Dur uru, ey saqiyi-məhru bizə,

Sun bərü bir qaç qədəh vinu (1) bizə.

 

Ləblərindir gərçi kim, tiryaki-can,

Əfi zülfin içirür ağu bizə.

 

Gün yüzündən şadü xəndandır könül,

Saçların əbri salar qayğu bizə.

 

Eyni-aşubi-cahandır gözlərin,

Afəti-can oldu ol cadu bizə.

 

Rövzəyi-hüsni-camalın görəli,

Hasil oldu cənnəti-minu bizə.

 

Gərçi kim səhmi-səadətdir qaşın,

Ox edər tiz ol kəman-əbru bizə.

 

Dür dişinlə ləli-nabun zövqini

Verməz, ey can, laləvü lölö bizə.

 

Abi-heyvan çeşməsindən dadlıdur,

Versə ləlin çün bir içim su bizə.

 

Rəhzəni-candır, Həbibi, xaki-dust,

Vəh ki, edər ol dil siyəh hindu bizə.

 

 

(1) Çaxır, şərab



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info