Qonaq Kitabı
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə

Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,

Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.

 

Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz,

Görünəli şol gözü nərgis, yüzü gülgün bizə.

 

Ruxların şol cami-Cəm giti-nümadır kim yəqin,

Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə.

 

Pür edüb peymanəyi, saqi, əlümə sun müdam,

Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə.

 

Ol səfa camın peyapey nuş edəlüm, ey həkim,

Çunki ol piri-muğandan oldu bu qanun bizə.

 

Şol ləbi-yaqutini qut etməkiçün canına,

Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə.

 

Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs,

Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info