Qonaq Kitabı
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə

Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,

Gözüm edər həzaran abi-rəvan çəməndə.

 

Şövqinə gül yüzünün hər dəm həzar dastan

Edüb bu bülbüli-can, eydür şu an çəməndə.

 

Zülfin görəli sünbül, gülgün yüzünü lalə,

Hər dəmdə eklədərlər sevdavü qan çəməndə.

 

Buyi-saçundan erdi badi-bahara çün kim,

Sərməstü dəngü heyran oldu dəvan çəməndə.

 

Vehyi-rəmim olanlar yöhyil-izam olurlar,

Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə.

 

Dövri-zaman içində görmədi bir bəşər heç

Səncileyin pəri-rux, huri-cinan çəməndə.

 

Şol tiri-qamətini sərvi görürsə doğru,

Qaşm kimə əgilür, olur kəman çəməndə.

 

Məşuqə eyni sənsən, ey eşq əri Həbibi,

Gərçəksən aşiqanə ol canfəşan çəməndə.

 

Tut saqinin əlini, qoy başunu ayaqda,

İç cami-eşqi, məst ol sən bu zaman çəməndə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info