Qonaq Kitabı
Erdi qulağıma səhər çün hayü huyi-meykədə

Erdi qulağıma səhər çün hayü huyi-meykədə,

Dər xastəm, kərdəm səfər ma niz suye meykədə (1).

 

Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,

Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə (2).

 

Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,

Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə.

 

Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,

Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə.

 

Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,

Dedi təbəssüm edərək: künci-kədüyi meykədə.

 

Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,

Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə.

 

Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,

Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə.

 

Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,

Olmaq dilərsən can əmin, et arizuyi-meykədə.

 

De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,

Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə.

 

Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,

Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə.

 

Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,

Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə.

 

Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,

Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə.

 

 

(1) Qalxıb, biz də meyxanəyə səfər etdik.

(2) Gedib o meyxanədə bir çox divanə gördüm, hər ləhzə meyxanənin küpündən dalbadal içirdilər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info