Qonaq Kitabı
Türreyi-tərrarını sən edəlidən piçü tab

Türreyi-tərrarını sən edəlidən piçü tab,

Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.

 

Valehü heyran olur, hər kim görür gün yüzünü,

Sən necə hurü mələksima bəşərsən, ey şəbab.

 

Ruxlarınla arizin hər kim görürsə der rəvan,

Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab.

 

Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır,

Sən doğaldan can gögündə, ey qəmərrux, afitab.

 

Ol siyəhdil mənlərindən əqli-dildir münfəil,

Şol pərişan sünbülündən cana irər iztirab.

 

Şəhpəri-ərş-aşiyanın, yəni ğəmzən, ey sənəm

Məkr ilə yıxdı cəhanı, [aləmi] qıldı xərab.

 

Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunu

Canü könlün yoldaş eylə kim, budur xeyrül-məab



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info