Qonaq Kitabı
Dərdi-eşqə hər ki, ol dəmsaz ola

Dərdi-eşqə hər ki, ol dəmsaz ola

Ol gərək labüd ki, əhli-raz ola.

 

Aşiqi-sadiq odur məşuqunun

Yoluna can tərk edə, sərbaz ola.

 

Dəmdə min gəz qal edərsə aşiqi,

Qəmzəsi məşuqunun xud az ola.

 

Aşiqa, cövrü cəfavü dərdü qəm,

Zövqü şadi, hüsnü xülqü naz ola.

 

Hər məzəllət ki, irişə məşuqdən,

Aşiqə xud ol qəmu ezaz ola.

 

Aşiq anda necə tövbə edə kim,

Abü səbzə, şahidü mey saz ola.

 

Erişəməz şol hümanın zülfinə

Mürği-dil gər şahinü şahbaz ola.

 

Ey Həbibi, xoşdürür cami-şərab,

Xassə kim, məhbubi xoş avaz ola.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info