Qonaq Kitabı
Əla, ey dilbərim, yarım, xərabat

Əla, ey dilbərim, yarım, xərabat,

Dilü can içrə dildarım, xərabat.

 

Bu viran dil sarayın vəsl əlilə

Yap, ey lütf issı memarım xərabat.

 

Məni zar etməsün, de, xari-hicrin,

A can bağında gülzarım, xərabat

 

Məni şol cami-meydən məst eylə

Ki, sənsən sətri-əsrarım, xərabat.

 

Mənim bu mənliyim, mülkümü yoğma

Çün etdin, türkü tatarım, xərabat.

 

Məhəllən gülxaninün guşəsidir,

Sığıncım, bürcümü barım, xərabat.

 

Girov olsun da piri-meyfiruşə

Mürəqqa, cübbə, dəstarım, xərabat.

 

Ümidim bad etmə, badə vergil,

Ey abu xakimü narım, xərabat.

 

Ənasir, şeş cəhatü həft kövkəb,

Bu doqquz çərxi-dəvvarım, xərabat.

 

Əgər sufi vicudi nur olursa,

Hədisü nəqlü əxbarım, xərabat.

 

Kəlamü hikmətü elmi-lədünni

Mənim mehrimdir, ənvarım, xərabat.

 

Bəyanü məntiqü qanuni-heyət,

Qəzəl, qövlilə əşarım, xərabat.

 

Dəfü neyü udu şeşta çəngü bərbət,

Mənim təsnifi-ədvarım, xərabat.

 

Məşami-canə ətrin buyun irgər,

A tibb ənfas, əttarım, xərabat.

 

Şu firovni gözünlə qarə zülfin

Olaldan bərü səhharım, xərabat.

 

Dəli-divanə oldum məst gözündən,

Bil, ey danayi-buşyarım, xərabat.

 

Həbibi niyc ed istiğfarü tövbə (1)

Ki, əzəldən oldun əhranın, xərabat.

 

Könül çirkin yu getsin Fəzl əliylə,

A tahir, pak əbharım, xərabat.

 

Məni bu ikilikdən birə irgər,

A həftü pəncümü çarım, xərabat.

 

 

(1)  Necə istiğfar və lövbə edə



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info