Qonaq Kitabı
Tövhid

Ədəmdən ta ki, aləm oldu peyda,

Bulunmadı tapuna mislü həmta.

Sana kim bənziyə, ey dilrüba, kim

Ki, sənsən o əltafı-əsli həyula (1).

Xəyalın xeylidür, ey şahi-əzəm,

Edən canü könül mülküni yəğma.

Pərişan zülfinin sevdalarından

Dimağım doldu fasid fikri-sevda.

Ləbi-ləlin fəraqından axıbdır

Gözüm hər dəmbədəm xuni-suvəyda.

Gözüntək görmədi bir fitnə əngiz

Olaldan dövri-aləm çeşmi bina.

Görəldən nərgisi-məxmurin, ey dust,

Cəhan xalqına oldum məstü rüsva.

Cəhanda qalmadı bir zərrə zülmət,

Olaldan gün yüzün nuri hüveyda.

Cəmalin müshəfin eynim görəldən,

Könülə rövşən oldu sirri-əsma.

Yüzündür ayəti-Səbülməsani,

Sözündür xud əsəh-əsmai-hüsna.

Xətü xalindürür əbcəd hürufi,

Oxudun Lamü Badir, Kaf ilə Ha.

Qiyamət qamətini görən eydür:

Bəlamidir bu, yaxud qəddi-bala.

Yüzüni hər ki, gördü barəkallah,

Dedi: zi hüsn içində vəchi-ziba.

Yüzündür cənnəti-firdövsi-əla

Ki, Ta ha oxur onda haqq təala.

Şu kim tövhidə qaildir əhəd der

Sənə, ey hüsn içində fərdi-yekta.

Xəti-yaqutini can müshəfində,

Həbiba, dəsti-qüdrət etdi inşa.

Vücudi-kainatın cümlə sənsən,

A cudi binəhayət, fəzli-mövla.

Həqiqət sənsən, ol məzhər, həqiqət

Ki, məzhərdir sənə sər cumlə əşya.

Əgər aşiq və gər məşuq sənsən,

Gəh Adəm qorsan (2) adın, gəh Həvva,

Gəhi Məcnun olursan Leyli iyçün,

Gəh olursan geri Məcnuna Leyla.

Gəhi Vamiq, gəhi Əzra olursan,

Gəhi Yusif, gəh olursan Züleyxa.

Gəhi Əhməd, Əlisən, gəh Xədicə,

Gəhi Məryəm olursan, gəh Məsiha...

Gəhi surət olursan, gəh məni.

Gəhi əsma olursan, gəh müsəmma.

Eşidir bu sədayi xəlqi-aləm

Ki, səndədir səməna və ətəna.

Günəşdən kəndözünü zahir etdin,

Qamu şeydə görəməz leykin əma.

Dü aləmdə nə kim var cümlə sənsən,

Əgər əsfəl əlavü, yaxud əla.

Görünürsən bu kəsrət aləmində,

Bəsirət əhlinə pünhanü peyda.

Səni hər şeydə gördü çün Həbibi,

K-o layi nəfy edüb, eydür ki, lilla.

Bilürsən k-ol fəqiri müstəhəqdir,

Nola hüsnün zəkatın etsən ita.

Təmənnayi visalındır, həmin bəs,

Əgər imruz əlavü, yuxu (3) fərda.

Anın məqsudi sənsən gecə-gündüz,

Səni səndən edər hər dəm təmənna.

O huri-cənnətü rizvani anmaz,

Edəldən rövzəyi-hüsnün tamaşa.

 

 (1) Misrada vəzn xətası vardır

(2) Qoyarsan

(3) Yaxud 

 

 

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info