Qonaq Kitabı
QARA MƏLİK

(Təbrizdə məÒ»əllədir)

 

Qızıl Arslan padşaÒ»lığa yetişməzdən əvvəl Təbrizdə Ò»ökmdarlıq etdiyi illərdə yenə də Təbrizdə yarış elan olunmuşdu. Qızıl Arslan bu musabiqədə qardaşı oğlu, gələcəkdə vəliəÒ»d təyin etmək istədiyi Nüsrətdinin pəÒ»ləvanlığını başqa şəÒ»ərlərdən, başqa məmləkətlərdən yarışa gələnlərin qabağında göstərmək, gələcək Ò»ökmdarı onlara tanıtmaq istəyirdi.

Bu yarış başqa yarışlara bənzəmirdi. Burada Gəncə səyaÒ»ətindən qayıdıb Həmədana getmək istəyən III Soltan Toğrul padşaÒ» da iştirak edəcəkdi.

Baş tərəfdə padşaÒ»ın, onun yanında Qızıl Arslanın, ondan bir az aralıda vəliəÒ»din qızıl qübbəli çadırları qurulmuşdu, bu biri tərəfdə şaÒ»zadələr, əyanlar, tacirlər, yeddi padşaÒ»ın məmləkətindən gələn qonaqların çadırları qurulmuşdu. Butün xalq buraya toplaşmışmdı.

PadşaÒ», Ò»ökmdar gəlib öz yerini tutandan sonra sakitlik başladı. Güləşməkdə, çəkişməkdə iştirak edən pəÒ»ləvanlar dəstə ilə ayağa qalxıb, padşaÒ»ın, Ò»ökmdarın taxtının qabağında baş endirib meydanı dolanmağa, özlərini ətrafda oturan tamaşaçılara göstərməyə başladılar. Meydanda gəzişən pəÒ»ləvanların içərisində 18 yaşında bir pəÒ»ləvan da var idi. Bu qarabəniz oğlan olduqca arıq idi. Paltarı yamaqlı idi. Ayağına çarıq geymişdi. Qılıncının qınında qızıl-gümüş, qaş-daş yox idi. Kamanı köÒ»nə, oxdanı sadə bir dəridən ibarət idi. Bunun üçün də pəÒ»ləvanlar başını dik tutub tamaşaçıları salamladığı zaman qarabəniz cavan utandığından başını aşağı salıb gəzirdi.

Bu çavan atasından körpə vaxtında yetim qalan, anasının Ò»imayəsində böyümüş Məlik idi. Onun bənizi qara olduğundan məÒ»əllə xalqı onun adını Qara Məlik qoymuşdu.

Qara Məliyi pəÒ»ləvanların cərgəsində görən şaÒ»zadələr, əyanlar, tacirlər təəccüb edib gülüşməyə başladılar. PəÒ»ləvanlar Qara Məlik ilə bərabər getmək istəmədilər. O, bir pəÒ»ləvanla bərabər getmək istədikdə onu dümsükləyib cərgədən çıxarırdılar. Qara Məlik utana-utana pəÒ»ləvanlardan bir qədər uzaqda gedirdi. VəliəÒ»din özü də Qara Məliyi meydanda gördüyü zaman əyilib öz əmsi Qızıl Arslanın qulağına bu sözləri dedi:

- Belə bir dilənçiyə qalib gəlməyin özü də məğlub olmaqdır.

NəÒ»ayət, Qara Məliyi qolundan tutub meydandan kənara çıxardılar. O, Ò»eç bir söz demədi, başını aşağı salıb meydandan çıxdı. Lakin bir az keçəndən sonra Qara Məliyin anası dəstələri yarıb, düz-doğru padşaÒ»ın qabağında  baş endirib dedi:

- PadşaÒ» sağ olsun, bu cavan mənim oğlumdur, onu yetimliklə böyütmüşəm, o yoxsuldur. Lakin onun da özünə görə Ò»ünəri vardır. Onun öz Ò»ünərini göstərməsinə mane olmayın.

Bundan sonra məÒ»əllənin ağsaqqalları da gəlib Qara Məliyin yarışda iştirak etməsinə icazə verməsini padşaÒ»dan xaÒ»iş etdilər.

Qızıl Arslan da, padşaÒ» da razı oldular. Qara Məlik meydana buraxıldı, lakin Ò»eç bir kəs onun bu yarışda müvəffəqiyyət qazana biləcəyinə inanmırdı. Çünki o çox zəif idi, onu ən aciz pəÒ»ləvan bir əli ilə götürüb yerə vura bi1ərdi.

Yarış başlandı. Nüsrətdin Ò»amıdan əvvəl meydana girib, əlindəki kamanını göstərib dedi:

- Hər kəs mənim kamanımda ox ata bilsə, bu kamanı ona Ò»ədiyyə verəcəyəm!

Qiymətli kamana saÒ»iblənmək üçün Ò»ər kəs qüvvətini sınadı. Lakin Ò»eç kəs bu kamandan ox ata bilmədi. Hamıdan sonra Qara Məlik Nüsrətdinin əlindən kamanı alıb bir-birinin dalınca bir neçə ox atdı, sonra kamanı alıb anasına tapşırdı. Qızıl Arslanla padşaÒ» Ò»ər ikisi birdən:

- ƏÒ»sən, pəÒ»ləvan! - dedilər.

Nüsrətdin ikinci bir kaman götürüb səsləndi:

- Hər kəs bu oxla meydanın o biri başında qoyulan taxtanı deşə bilsə, mən kamanımı ona bağışlayacağam!

Qələbəni yenə də Qara Məlik qazandı. PadşaÒ» Qara Məliyi yanına çağırıb dedi:

- Ey pəÒ»ləvan, indi sən öz Ò»ünərlərindən göstər görək.

Qara Məlik meydanın ortasında durub:

- Hər kəs məni tuta bilsə, onun qulu olacağam, - dedi.

Bu sözdən sonra pəÒ»ləvanlar bir-bir ona Ò»ücum etdilər. Lakin onu tutmaq mümkün olmadı. Hamısı yorulub geri çəkildi...

Səkkiz gün davam edən yarışda Qara Məliyi bağlayan olmadı, axırıncı gün Qara Məlik padşaÒ»a baş endirib dedi:

- Mən oxları göydə bir-birinə tikəcəyəm, Ò»ər kəs bunu bacarsa, mən ixtiyarımı onun əlinə verəcəyəm.

Lakin Ò»eç kəs bunu bacarmadı. Axırda Qara Məliyin özü Ò»avaya bir ox atdı. Ox Ò»avadan düşmək istəyəndə başqa bir oxu atıb ona bənd elədi. Beləliklə, on ox bir-birinə sancılmış Ò»alda Ò»avadan yerə duşdü.

Güləşmə, yarış bitəndən sonra pəÒ»ləvanlıq fərmanı Qara Məliyin adına yazıldı.

 

* * *

Qara Məlik pəÒ»ləvanlıq fərmanını almaqa çoxdan bəri axtardığı xoşbaxtlığı tapdı, onun sevgilisi Ruxsaranın ata-anası:

- Çox da ki Qara Məlik yoxsuldur. Amma igid oğlandır. Özu də sadə igidlərdən deyil. Əlində padşaÒ»ın fərmanı vardır. Qızımızı kimə verəcəyik ki, bundan artıq olsun?! – deyə Qara Məliyin göndərdiyi nişan üzüyünü qəbul etmişdi.

Lakin Nüsrətdin Qara Məliklə bəd başlamışdı. O demişdi ki, məmləkətdə ya mən, ya Qara Məlik. Bir məmləkətdə iki pəÒ»ləvan yaramaz.

Nüsrətdin açıqdan-açığa Qara Məliyi məÒ»v etməyə cəsarət etmirdi, xalqdan, Qızıl Arslandan çəkinirdi. Buna görə də onun dalınca adam salıb, onu gizlicə məÒ»v etməyə çalışırdı.

Qara Məlik vəliəÒ»din qəsdindən xəbərdar olduğu üçün qılıncını, ox-kamanını götürüb qaçaq düşmüşdü. Ocan dağını özünə sığınacaq etmişdi.

 

Ocan dağı, Ocan dağı,

Daşların kəklik oylağı,

Əsən meÒ»lər Ruxsarama

Salam apar səÒ»ər çağı.

 

Lalə təki dağıdaram,

Qoyma qövr eləsin yaram!

Ruxsarama yad əl dəysə,

Dağı, daşı dağıdaram.

 

Nüsrətdinin Qara Məliyi tutmaq üçün göndərdiyi atlı dəstələri Marağa, SüÒ»ənd, Ocan tərəflərində nə qədər gəzdilərsə, yenə Qara Məlikdən bir iz tapa bilmədilər. Xalq arasında cürbəcür şayiələr gəzirdi. Bəziləri deyirdi ki, vəliəÒ»din qaş-daşlı kamanını almaq üçun quldurlar Qara Məliyi öldürüblər. Bəziləri də deyirdilər ki, Qara Məliyi ilan çalıb öldürüb. Lakin bunların Ò»amısı əsilsiz idi. Bu şayiələri xalq arasında yayanlar Qara Məliyin öz qoÒ»um-qardaşı idi, çünki Qara Məlik Ò»əftədə, on gündə bir gecələri xəlvətcə Təbrizə gəlib öz qoÒ»um-qardaşı, nişanlısı Ruxsara ilə görüşürdü. Buna görə də Nüsrətdin onu təqib etdirməsin deyə onun ölüm xəbərini Ò»ər yerə yayırdılar. Lakin bu aldatma çox da uzun çəkmədi. Ruxsaranı Məlikdən əvvəl sevib almaq istəyən təbilçi Qurban Qara Məliyin gecələr xəlvətcə Təbrizə gəlib Ruxsara ilə görüşdüyünü Nüsrətdinə xəbər verdi.

Nüsrətdin Qara Məliyin anasının, onun nişanlısı Ruxsaranın atasının qapısında qaravul qoydu. Lakin Qara Məliyi tutmaq mümkün olmadı, çünkı Nüsrətdin Qara Məliyi tutmaq üçün göndərdiyi adamların içərisində Qara Məliyin yaxın dostları var idi. Bu Ò»adisəni Qara Məliyə xəbər verdilər. O, gecənin bir zamanı Təbrizə gəlib Nüsrətdinin qoyduğu qaravulların silaÒ»ını alıb onların qollarını bağladı, təbilçi Qurbanı da tikə-tikə doğrayıb gecə ilə şəhərdən çıxdı.

Nüsrətddin bu Ò»adisədən acığa düşdü. Qara Məliyin nişanlısı Ruxsaranı, anasını, kiçik qardaşını Ò»əbsə aldırdı. Onlara elan etdi ki, Qara Məlik gəlib təslim olmasa, sizi buraxmayacağam.

Lakin Qara Məlik təslim olmadı. Əksinə, o tərəf-bu tərəfdə Nüsrətdinin adamlarını tutub girov saxlamağa başladı. HəÒ»ayət, Nüsrətdin acığa düşüb Qara Məliyin nişanlısı Ruxsaranı öz qatırçısı Çil Buğaya ərə verdi, toy Ò»azırlığı başlamasına əmr etdi...

 

Qara Məlik, Qara Məlik,

Həsrət qaldın yara, Məlik,

Yarın yadlara yar olur,

Qıl başına çara, Məlik.

 

Qızıl qolbaq şumşad qolda,

Səryağıblar sağda-solda.

Anan qalıb gözü yolda,

Qara Məlik, Qara Məlik,

Həsrət qaldın yara, Məlik.

 

Quzuya gəl, qoyuna gəl,

Qurban yarın boyuna, gəl,

Ruxsaranın toyuna gəl,

Qara Məlik, Qara Məlik,

Həsrət qaldın yara, Məlik.

 

Toy başlanır, kəsilir tel,

Gərdən üstə bağlanır bel,

Gəl, yolunu gözləyir el,

Qara Məlik, Qara Məlik,

Həsrət qaldın yara, Məlik.

 

Rusxara Ò»əbsxanada ikən kəbini Çil Buğaya kəsilmişdi. Təbriz xalqı bu Ò»adisədən qan ağlayırdı. Kəbin kəsilən günün axşamı bir dəstə qadın, kişi əllərində məşəllər Ruxsaranı Ò»əbsxanadan çıxarıb Çil Buğanın evinə aparırdılar. Çil Buğanın özü də atlanıb bır neçə dostu ilə bərabar dəstənin dalınca gedirdi. Dəstə Ò»əbsxanadan o qədər uzaqlaşmamışdı ki, birdən yolun Ò»ər iki tərəfindən məşəlləri daşa basıb keçirdilər. Qaranlıqda camaat Ò»əyəcanla o tərəf-bu tərəfə qaçmağa başladı. Nə Ò»adisə baş verdiyini kimsə anlamırdı. Ancaq səÒ»ər açılanda Ò»ər kəs təəccublə barmaqlarını dişləyərək deyirdi: «Gecə Qara Məlyin nişanlısı Ruxsaranı Çil Buğaya gəlin aparırmışlar. Qara Məlik öz dəstəsi ilə hücum edib Buğanı bir neçə yoldaşı ilə bərabər öldürüb, Ruxsaranı götürüb qaçıbdır. Qara Məliyin adamları həbsxananı yarıb, onun anasını, qardaşını çıxarıb Təbrizdən getmişlər».

 

* * *

 

Qızıl Arslanın Həmədanda öldürülməsi xəbəri gələn gunə qədər Nüsrətdin Qara Məliyi təqib etdirirdi. Lakin kəndlilər ən çətin günlərdə belə Qara Məliyi müÒ»afizə edib, onu düşmənin əlinə vermirdilər. Eyni zamanda Nüsrətdin Qara Məliyin qorxusundan neçə illərdən bəri Ocan yaylağına keçə bilmirdi. Qara Məlik onun yaylağına saÒ»iblənib sarayında yaşayırdı.

Qızıl Arslanın ölüm xəbəri çıxan kimi onun Ò»əbsə almış olduğu Soltan Toğrul və oğlu Məlik şaÒ»la bərabər KəÒ»ran qalasından azad olub Təbrizə gəldi. Nüsrətdin isə onun Təbrizə gəlməsini eşidən kimi Gəncəyə qaçdı. Toğrul Həmədanda iraqlılardan, reylilərdən, ərəblərdən ibarət böyük ordu düzəldib Şimali Azərbaycanı qarət etmək, Nüsrətdini öldürmək, öz oğlu MəlikşaÒ»ı vəliəÒ»d elan etmək istədi. O biri tərəfdən də Nüsrətdinin qardaşı Qıtlıq İnanc Reydən böyük ordu ilə Təbriz üstünə gəlməyə hazırlaşırdı. Cənubi Azərbaycanda böyük Ò»ərc-mərclik başlandığı zaman Qara Məlik öz böyük dəstəsilə Təbrizə gəlib şəÒ»ər xalqını başıpozuqluqdan müdafiə edirdi, Toğrulun ordusu Təbrizi işğal edəndən sonra Araz çayını keçib Naxçıvana Ò»ücuma başladı. Şimali azərbaycanlılarla davam etdirdiyi bir aylıq müÒ»aribədə Toğrulun ordusu darmadağın edilib Araz çayının cənub, cənub-qərb saÒ»illərinə atıldı. Toğrul Naxçıvan altında əzildiyi zaman onun Təbrizdə buraxdığı qoşun dəstələri də şəÒ»əri talan etməyə, yerli xalqdan intiqam almağa başladı.

Payız idi. Qara Məlik şəÒ»ərin vəziyyətini öyrənmək üçün bir neçə yoldaşı ilə atlanıb şəÒ»əri gəzirdi. Onlar bir zəminin yanından keçərkən bir qadının fəryad səsini eşitdilər. Qara Məlik yaxınlaşdığı zaman Toğrulun atlılarıından iki nəfərin qoca bir qadını döydüyünü gördülər. Qadın bir dağarcıq buğda götürüb zəmiyə səpmək istərkən Toğrulun atlıları buğdanı alıb öz çuvallarına tökmüşdülər. Qara Məlik buğdanı atlılardan alıb qadına verdi. Atlıları toxumu səpməyə, qadının torpağını əkməyə məcbur etdi. Toğrulun atlıları azad ediləndən sonra məÒ»əlləni müÒ»asirəyə alıb Qara Məliyi tutaraq əmirin yanına aparmaq istədilər. Qara Məlik isə Toğrulun atlılarının silaÒ»ını alıb özlərini də döyərək əmirin yanına yola saldı.

Qara Məlik Ò»ər tərəfdən məÒ»əlləyə girən bəndərləri kəsdirdi, qapıları, darvazaları bağladılar. MəÒ»əllənin ətrafındakı xəndəklərə su buraxdılar, məÒ»əllə əÒ»li darvazaların dalısını torpaqladı. Yaxşı ox atanlar darvazaların burclarına çıxdı. Gecənin qaranlığında İraq atlıları məÒ»əlləyə Ò»ücüm etdilər. Amma məÒ»əllədən yağış kimi yağan oxların içərisindən keçib məÒ»əlləyə yaxın gələ bilmədilər. Qara Məllk Təbrizin başqa məÒ»əllələrini də üsyana qaldırdı. NəÒ»ayət, İraq qoşunu Təbrizdən çıxıb şəÒ»əri müÒ»asirəyə aldı. ŞəÒ»ərə bir ovuc da olsa taxıl, yemək şeyləri buraxmadılar. Şəhərin suyunu kəsdilər, lakin şəÒ»ər xalqını təslim edə bilmədilər. Qara Məlik Ò»ər gün atlıları ilə şəÒ»əri gəzib xalqa urək-dirək verir, mübarizəni davam etmələrini tapşırırdı. Òºəmin bu zamanlarda Qızıl Arslanın qoca vəziri Şəmsəddin Təbrizdə xəstə idi. O, bir məktub yazıb Naxçıvanda Şimali Azərbaycan qoşununun sərkərdəsi Fəxrəddinə göndərdi. O, məktubunda belə yazırdı:

«Toğrulun qoşunları şimali azərbaycanlıların intiqamını cənubi azərbaycanlılardan alır. Təbrizlilər müÒ»asirədədir. Vəziyyət olduqca qorxuludur. Üsyan davam edir, Təbrizdə aclıqdır. Təbriz şəÒ»ərini bu fəlakətdən tezliklə qurtarmaq lazımdır».

Nüsrətdin Naxçıvanda bu məktubu oxuyandan sonra Fəxrəddinə sualverici bir nəzərlə baxdı. Fəxrəddin onun nə dediyini anladı, dərÒ»al:

- Cənubi Azərbaycanı fəlakətdən qurtarmalıyıq, - dedi.

Gecə olduqca qaranlıq idi. Göz-gözü görmürdu. Maku dağlarından qopan qara buludlar qalın dağ parçaları kimi Qızıl Vank kilsəsi dərəsinə tərəf yüyürüb şimaldan Araz çayına tərəf axan atlı dəstələrinə kölgə salırdı. Lakin bir-birinin dalınca şığıyan ildırımlar şimaldan Araz çayına tərəf yeriyən atlıları cənubda dayanan düşmən qaravullarına göstərirdi.

Bir anda Culfa burnundan Ərəblər kəndinə qədər 20 fərsənglik məsafədən şeypur səsləri eşıdilməyə başladı. Araz çayının cənub-qərb tərəfində yerləşən Toğrulun ordusu ayağa qalxdı. Bir anda çayın cənub tərəfindəki dağların təpəsində od yandırıldı, çayın uzü gündüz kimi işıqlandı.

Çay işıqlandığı zaman minlərcə Qarabağ, Aran atlıları cənub-qərb saÒ»illərinə üzməyə başladılar.

Qiyamət başlamışdı. Şimal tərəfdəki dağlarda yerləşdirilmiş dörd yüz böyük mancanaq, beş yüzə qədər ərusək düşmən üzərinə daş yağdırmaqda davam edirdi.

Daşların dalında yerləşmiş düşmən oxatanları şimaldan atılan daşların altında əzilirdi. Bir saat daş atılmasından sonra qalın toz təbəqələri Toğrul qoşunu ilə Şimali Azərbaycan qoşununun arasında möÒ»kəm bir pərdə çəkdi. Gün çıxmağa başlayanda Fəxrəddinin on min atlıdan ibarət birinci dəstəsi Araz çayını keçib Culfa düzündə yerləşmişdi.

Şimaldan gələn ordu Sofyan düzünə çatdığı zaman Təbrizdən qaçanlar şəhərdə böyük qırğınlar getdiyini xəbər verdilər.

Fəxrəddin Aran, Qarabağ atlılarına Ò»ücum əmrini verəndən bir az sonra atlı dəstələri Təbrizə girdi, şəÒ»ərin içərisində muÒ»aribə davam edirdi. Qara Məliyi tutmaq üçün Toğrulun dəstələri ölüm-dirim müÒ»aribəsi aparırdı. Fəxrəddin Nüsrətdinlə bərabər Qara Məliyi müÒ»asirəyə almış düşmən dəstələrinə Ò»ücuma başladı. Duşmən bir saatdan sonra təslim oldu, lakin Qara Məlik yüzlərlə atlını vurub yıxandan sonra özü də ürəyinin başından dəyən bir oxla yerə yıxılmışdı. Onun çənazəsini ən əvvəl Nüsrətdin tapdı. O, ölənlərə göz gəzdirdiyi zaman kamanı əlində quruyub qalmış bir meyitə rast gəldi. Kamanı tanıdı. Kamanın üstündə «Əbubəkr ibn MəÒ»əmməd» yazısını oxudu. Qara Məliyin başını dizi üstünə alarağ ağladı, dodaqlarından öpərək:

- Dünyanın lənəti mənə gəlsin, səni yaşamağa qoymadım, - dedi, bayraqların meyit üzərində əyilməsini əmr etdi.

O gündən Təbrizdə o məÒ»əllənin adını Qara Məlik məÒ»əlləsi qoydular.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info