Qonaq Kitabı
OXÇUOĞLU

Keçmiş zamanlarda bir obada aslan ürəkli, igid bir cavan yaşayırdı. Onun adı Bəxtiyar idi. Atası ox qayıran olduğu uçün çox zaman el arasında onu Oxçuoğlu adı ilə çağırardılar.

Bəxtiyar öz gözəlliyi ilə bütün eldə məşÒ»ur olan Zeynəbi sevirdi. Hər iki gənc əÒ»d-peyman bağlayıb, fürsət düşdükcə gizlincə görüşərdilər. Oxçuoğlu öz igidliyi ilə el-oba içərisində nə qədər tanınmışdısa, Zeynəb də bir o qədər öz cazibədar gözəlliyi ilə məşÒ»urmuş. Öz varına, dövlətinə güvənən Ò»ər kəs bu mələk təbiətli qıza saÒ»ib olmağa çalışırmış. Qapıları səÒ»ərdən axşama qədər elçilərlə dolu olarmış. Fəqət Zeynəb Ò»eç kəsə könül verməzmiş, o, yalnız Oxçuoğlunu sevir, onun eşqi ilə yaşayırmış.

Lakin Zeynəb Bəxtiyarı sevdiyini Ò»eç kəsə deyə bilmir, Bəxtiyara bir xəsarət yetirəcəklərindən qorxurmuş.

Günlər keçir. Bəxtiyarla Zeynəbin məÒ»əbbəti birə-min artır. Bəxtiyar eşqinə and içir, qarşısına ölüm belə gəlsə, bu yoldan dönməyəcəyini bildirir. Zeynəb isə bu təmiz məÒ»əbbəti sona qədər ləkəsiz və əziz saxlayaçağına söz verir.

Bəxtiyarla Zeynəbin məÒ»əbbəti get-gedə dillərə düşür. Zeynəbin eşqi ilə ürəkləri döyünən başqa dəliqanlılar da bunu eişdib, Bəxtiyardan intiqam almaq fikrinə düşürlər.

Obaya baÒ»ar bayramı gəlmişdn. Belə bir bayram günü dəliqanlı cavanlar at çapıb sürəyə durmuşdular. Bəxtiyar da onların içərisində idi. Dəliqanlı cavanlar obanın kənarındakı meşəyə çatdıqda bir ceyrana rast gəlirlər. Hay vurub ceyranın dalınca at çapırlar. Ürkmüş ceyran özünü meşənin dərinliklərinə vurur. Sürəkçilərin bir qismi ceyranın dalınca at çapır. Bəxtiyar da onlarla birlikdə atını çapıb meşədə gözdn itir.

Çox kemir ki, ov dalınc gdənlər qayıdırlr. Ancq Bəxtiar glmir. Bunu grən Bəxtiarın dostları onun dalınca yenidən meşəyə qayıdırlar. Çox gəzdikdən sonra onu yaralı Ò»alda tapırlar. Sən demə, Zeynəbin eşqi ilə Ò»ələ də ürəyi döyünən cavanlardan biri Zeynəbə saÒ»ib olmaq üçün Bəxtiyarı gizlindən oxla vurur.

Obaya xəbər çatır. El axışıb gəlir. Zeynəb də ellə bərabər gəlir. O, Bəxtiyarı yerə uzadılmış görüb xanbabasından belə çəkinmədən özünü onun üstünə atır:

- Bəxtiyar, əzizim, Ò»ansı namərd sənə qıydı, de Ò»ansı əli qurumuş sənə ox atdı, - deyərək göz yaşı axıdır.

Zeynəbin səsnni eşidən Bəxtiyar gözlərini açır, onu gözüyaş1ı görüb gküclə pıçıldayır:

 

Bu dağda maral azdı,

Ovçu çox, maral azdı.

Ağlama, xumar gözlüm, 

Ölmərəm, yaram azdı.

 

Zeynəb Bəxtiyarın asta-asta tərpənən dodaqlarına baxıb göz yaşı axıdırdı. Artıq Bəxtiyarın gözləri qüruba yönəlmiş günəş tək son şüalarını da itirirdi.

Bu zaman qulaqlarda səslənən fəryadlarla dolu bir bayatı Ò»amını diksindirdi.

 

Mən aşiq göyən yerlər,

Göyərmiş göyən yerlər.

Mənə nişanə qaldı,

Ayağın dəyən yerlər.

 

Bu, Zeynəb idi.

El Bəxtiyarın cənazəsini obaya aparmlq istərkən Zeynəb onu Ò»eç yerə buraxmayacağını bildirdi. Elin təkidinə baxmayaraq, Zeynəb sözündən dönmür. O, vəfalı sevgilisinin qəbrinə keşik çəkib burada qalacağını bildirir. Zeynəb Bəxtiyarı meşə kənarında, bulaq yanında dəfn etdirir.

O vaxtdan neçə qərinələr keçibdir. Deyilənlərə görə, sonralar o qəbrin yaxınlığında bir kənd yaranıb. Həmin kəndin adı indi də Oxçuoğludur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info