Qonaq Kitabı
MARALYAN

(Cəbrayıl rayonunda kənd)

 

Qocalar deyirlər ki, keçmişdə Maralyan kəndinin camaatı əkinçiliklə məşğul olurmuş. Lakin əkin saÒ»əsi azlıq etdiyindən yaxındakı kiçik meşəni yandırmağı qərara alırlar. Kənd camaatının ağsaqqalı dünya görmüş bir adam idi. NaÒ»aq işə yol verməyən, gücsüzü güclüyə döydürməyən, ədaləti ınsaf  bilən bu qoca eÒ»tiyatla yeriyirdi ki, ayağının altında bir gunaÒ»sız qarışqa belə qalıb əzilməsin. Ona görə el ağsaqqalı rəiyyətinə deyir:

- Onsuz da ağacı yandıranda günaÒ»a batacağıq. Barı elə eləyin Ò»eyvanat aləmindən bir canlı qalmasın, Ò»amısını qovub böyük meşəyə köçürün.

Camaat ağsaqqalın məsləÒ»ətini can-başla yerinə yetirir. Sonra meşəyə od vururlar.

Yer şumlayıb taxıl əkirlər. O ili yaxşı buğda yetişir. Oraqlar işə düşür. Sarı buğda xırmanlarda tayalanır, Ò»amı bol məÒ»sula sevinir.

Camaat məÒ»sul bayramına toplaşıb şənliyə başlayırlar. Bu ara kəndçilərdən biri yanıb kösövə dönmüş bir maral balasını ağsaqqalın Ò»üzuruna gətirib, günaÒ»karın tapılmasını tələb edir. Elə bil şənliyə su səpilir. Hamı yanmış maral balası üçün Ò»eyfsilənir. İşbilənlər aydınlaşdırır ki, Ò»eç kim maral balasına qəsd etməmişdir. Sən demə, körpə dərəyə sıçrayarkən burxulub ayaqları sınmış, qaçıb canını alovdan qurtara bilməmişdir.

El ağsaqqalı kədərlə köksünü ötürüb deyir:

- Bilmədim, maral yana!

O gündən Ò»əmin kənd ağsaqqalın sözüylə «Maralyan» adlanır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info