Qonaq Kitabı
SUMQAYITLA CEYRANBATAN

(Azərbaycanda şəÒ»ər, göl)

 

İndiki Sumqayıt şəÒ»ərinin yerində qədimdə azərbaycanlılardan ibarət bir tayfa yaşayırmış. Bu tayfada Sum adlı igid bir oğlan, Ceyran adlı gözəl bir qız varmış. Bu iki gənc bir-birini təmiz bir məÒ»əbbətlə sevirmiş və əÒ»d-peyman bağlayıblarmış.

Tayfanın yaşadığı yerin kənarından böyük bir çay axırmış. Bu çayda nəÒ»əng bir əjdaÒ»a peyda olubmuş. Camaat əjdaÒ»anın qorxusundan nə özünə, nə də mal-qarasına su apara bilmirmiş! Suya yaxın düşəni əjdaÒ»a o saat parçalayıb yeyirmiş. Tayfa başçıları adamcıl əjdaÒ»anı rəÒ»mə gətirmək üçün çayın kənarına gedib ona yalvarırlar. ƏjdaÒ»a da bu yalvarışlardan «insafa» gəlib «güzəştə» gedir. Gündə onlardan bir adam istəyir. Bundan sonra sudan rahat istifadə edə bilərlər. Əlacsız qalan tayfa başçıları adamcıl əjdaÒ»anın tələbi ilə razılaşırlar.

Bu qərarı eşidən Sum bir neçə iyidlə tayfa başçılarının yanına gəlir. ƏjdaÒ»a ilə aparılan danışıqlara etiraz edirlər.

- Gündə bir qurban vermək tayfamızın tədriclə məÒ»v olması deməkdir.

Tayfa başçısı:

- Birdən məÒ»v olmaqdansa, tədricən məÒ»v olmaq faydalı deyilmi?

Sum qəzəblənir:

- Belə «faydalar» əslində Ò»eç kimə fayda gətirməyib. Elim qılınc vurub, qalxan tutan oğullarını səsləyir. Birlikdə əjdaÒ»anın üstə getsək, şübÒ»əsiz, onu asanlıqla məÒ»v edərik.

Tayfa başçısı Sumun təkliflərindən qorxur:

- Yox, bala, bizim əjdaÒ»aya gücümüz çatmaz, Ò»amımızı birdən kamına çəkib tələf edər.

Sum təklənir. Beləliklə, adamcıl əjdaÒ»aya gündə bir ailədən bir adam qurban verəndə yasa batır, su alanda şadlanırlar.

NəÒ»ayət, növbə Sumla Çeyranın ailəsinə çatır. Sum deyir: «Mən qurban gedəcəyəm!» Ceyran sevgilisinə qəti etiraz edir: «Xeyr, mən gedəcəyəm. Səndən sonra onsuz da mən yaşaya bilmərəm». Sum nə qədər çalışırsa, Ceyranı razı sala bilmir. Axırda onu aldatmağa məcbur olur. Sum gecə Ceyranı yuxuya verib yaraqlanır, yasaqlanır, əjdaÒ»ayla təkbaşına döyüşə yola düşür. Ceyran ayılanda işi başa düşür. Dəlicəsinə evdən çıxıb sevgilisini Ò»araylayır:

- Sum, qayıt!.. ƏjdaÒ»anın meydanına özüm gedəcəyəm. Sum, qayıt!..

- Sum, qayıt!..

Ceyranın səsi dağlarda, daşlarda əks-səda verir:

- Sum, qayıt!.. Sum, qayıt!.. Sum, qayıt!..

Ceyran çaya çatanda görür ki, indicə göz yaşı kimi axan çayın suyu qıpqırmızı axır. DəÒ»şətə gəlir... O başa duşür ki, çayın yuxarısında əjdaÒ»a Sumu parçalayıbdır. Suyun rəngini qırmızı boyayan da öz cavan canını sevgisinə, çamaatına qurban verən Sumun qanıdır.

Ceyran tələsik özünü Ò»adisə yerinə çatdırır. Görür ki, Sum əjdaÒ»anı da öldürüb, özü də ölüb. Sevgilisinin bu Ò»alına dözə bilmnr, oradaca Ò»avalanır, yenidən Sumu tapmaq üçun fəryad edir, dağlara-daşlara səs salır:

- Hardasan, Sum? Sum, qayıt!

Ceyran bir gün yenə də çöllərdə Sumu axtararkən bir bataqlığa düşür. Onun taqəti belə olmur ki, bu sulu bataqlıqdan çıxsın. Bataqlıq onu yavaş-yavaş yerin tərkinə çəkir və Ceyran burada boğulur. Vəfalı qız ölüm ayağında da sevgilisini səsləyir:

- Sum, qayıt! Sum, qayıt!

Ceyranın ölümündən sonra Ò»əmin tayfa yaşadıqları bu yeri Ceyranın Sumu çağırdığı kimi Sumqayıt qoyurlar, Ceyranın boğulduğu yer isə Ceyranbatan gölü adlanır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info