Qonaq Kitabı
MİNGƏÇEVİR, KÜR, SALAHLI

(Azərbaycanda şəÒ»ər, çay, kənd)

 

Koroğlu eşidir ki, Dəliçayın saÒ»ilində ona bərabər SalaÒ» adında bir igid yaşayır. Koroğlu bu xəbəri eşidən kimi Ò»əmin igidin görüşünə gəlir, deyir:

- Səni igid söyləyirlər, doğrudurmu?

SalaÒ»:

- Düz eşitmisən, - deyir.

Oğlanın cəsarəti Koroğlunun çox xoşuna gəlir.

- Bəs atın Ò»anı? - deyə Koroğlu xəbər alır.

Oğlan:

- Tövlədədir, - deyir.

SalaÒ» Koroğlunun xaÒ»işi ilə kəÒ»ər atını tövlədən çıxarıb cövlana gətirir. Koroğlu deyir:

- Atını Dəli çaya tərəf min, gə, çevir.

Oğlan atı bir o üzə, bir də bu üzə çapır, oxu kamanın çilləsinə qoyub, çaparaqda qızılquşu göydən yerə salır.

Koroğlu deyir:

- Gəl, atımızı qoşa sürüb, Dəli çayın o biri üzünə keçək. SalaÒ»ın atı Dəli çaya yaxşı bələd olduğu üçün raÒ»at keçir, Koroğluiun atı isə bir yerdə büdrəyir. Koroğlu deyir:

- Bu Dəli çay da mənim atım kimi kürdür. Koroğlu SalaÒ»la öpüşüb ayrılır.

SalaÒ» kəndə qayıdanda camaat ondan soruşur:

- Koroğlu sənə nə dedi?

- Koroğlu əvvəl «min, gə, çevir», - dedi. Dəli çayı keçəndə isə atı bir dəfə büdrədi. Onda Koroğlu dedi ki, bu çay da mənim atım kimi kürdür.

Elə o vaxtdan Koroğlu ilə SalaÒ»ın at çapdığı yerin adını Mingəçevir, Dəli çayın adını Kür, SalaÒ»ın kəndinin adını isə SalaÒ»lı qoyurlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info