Qonaq Kitabı
XAN QIZININ BULAĞI ”“ MARALGÖL

(Kəpəz dağının ətəyindədir)

 

Gəncə xanı Ò»ər ilin yaz-yay aylarında Kəpəzdə olardı. Xanın orada yurdu vardı. O, xəzinəsini də bu yurdun altına basdırmışdı.

Bir ili payız elə gözəl keçir ki, Ò»ər yanı alısın basır, yurdlar itir. Xan bir də yaylağa çatanda öz yurdunu tapa bilmir. Ünnüyə düşər deyə, bir yer seçib alaçıq qurur. Lakin pünÒ»an-pünÒ»an yurdunu gəzir, tapa bilmir.

Xanın gənc bir çobanı vardı. O, gizli-gizli xanın qızı Maralı sevirdi. Bunu az-çox qız da Ò»iss etmişdi. Lakin Ò»ər ikisi bilirdi ki, bu, mümkün olan iş deyil.

Çoban tütək çalardı, dərələrə səs salardı. Xan bir gün qulaq asanda gördü ki, onun çobanı «Xan, qızını mənə versən, yurdun Ò»ardadı deyərəm», - çalır.

Xan arvadına dedi:

- Eşidirsənmi, o mənim yurdumun yerini bilir, onu dilə tutmaq lazımdır.

Xanın arvadı dedi:

- O, qızın Maralı sevir. Onu ancaq bu vədlə yola gətirmək olar.

Xan qəzəbdən dodağını çeynəsə də, «olsun» - dedi.

Axşam bu barədə söÒ»bət başlandı.

Maral dedi:

- Mənim öz şərtim var. Kəpəzin sinəsində gözəl bir göl quruyur. Mən o oğlana ərə gedəcəyəm ki, Ò»əmin gölə dağdan bir bulaq çəkdirsin.

Çoban bu təklifi qəbul etdi. Dumanlı bir gündə xəzinədən xeyli qızıl götürüb usta çağırdı, işə başladı.

Bulaq suyu gölə töküldü. Bu, Ò»amını sevindirdi. Eşidən-bilən xan qızı Marala «əÒ»sən!» - dedi. Elə o gündən bulaq «Xan qızının bulağı», göl də «Maralgöl» adlandı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info