Qonaq Kitabı
ARAZ ÇAYI

(Azərbaycandadır)

 

Qədim Qozluçay dərəsinin söykəndiyi Ərgünəş dağının başı Ò»əmişə qarla örtülü olarmış. Hər il baÒ»ar fəslində istilər düşən kimi Ərgünəş dağının qar qalağı əriməyə başlarmış. Əriyən qarın suyu selə dönər, dərələrə sarıla-sarıla baş alıb gedər, Aran torpağının közərən sinəsinə çatmamış quruyarmış.

Susuzluqdan ilanların, vəÒ»şi Ò»eyvanların mələşməsi eşidilərmiş. Bu yerlərdə yaşıllqıq deyilən bir şeyə rast gəlmək olmazmış. Yovşanlı dərələr, düzlər su Ò»əsrətində imiş. Dünyada çaylar çox imiş, amma Aran torpağının sinəsini sərinlədə-sərinlədə axan bu günkü Araz çayı o zaman Ò»ələ yox imiş. Təkcə Ərgünəşdən süzülüb gələn qar suyundan yaranmış Qozlu çay var imiş. Qumlu səÒ»raya bənzəyən Aran torpağı od tutub yanarmış. Ərgünəş dağı suyunu Aran torpağına verməzmiş. İndiki Maralyan kəndinin yerində bir-iki daxma varmış. Orada qoca bir kişi yaşayırmış. Olduğca kasıb imiş. Onun Maral adlı gözəl, namuslu bir qızı varmış. Onun gözəlliyi çoxlarını dərdə salıbmış.

Bir gün bir varlı oğlu Maralın sorağını eşidib, onun yaşadığı kəndə gəlir. Fürsət tapıb qızla görüşür. Qız onu bəyənmir, varlı oğlu qəzəblənir, Ò»iyləyə əl atır. Aran gözəli Maralı qaranlıq bir gecədə oğurlayır. Obadan xeyli aralıda nəÒ»əng bir daşın yanına gətirir. Maral oğlana yaxınlıq vermir. Oğlanın yalvarışları onun qəlbini yumşalda bilmir. Qız səÒ»ranın ortasındakı iri qara data üz tutub yalvarır, daşın altından qara bir ilan çıxır, Maralın abır-ismətini tökmək istəyən daşürəkli oğlana təpəf sürünür. Qız qorxub çığırır, özündən gedir. Oğlan da bərk qorxur. Qara gürzə çəkilib gedəndən sonra o daÒ»a da zalımlaşır, Marala əzab verməklə ürəyini soyutmaq istəyir.

Bü iş isti yay günlərində baş veribmiş. Günəş göydən od ələyir, susuzluqdan Maralın dodağı yerin bağrı kimi yarılır, od alıb yanırmış.

Oğlan sovçasındakı Ərgünəş dağının suyundan bir damcı da Marala vermir. Qızın gözləri baxa-baxa sudan içir və qalan bir-iki damcını da onun üstünə atır. Qızın üstünə düşən su damcılarının yerindən tüstü çıxırmış.

Oğlan isə yanıq verə-verə gülür: «Hə, necəsən? Maral, yan, tüstülən!» - deyirmiş.

Qızın Ò»alına acıyan qara gürzə sürünüb Maralı incidən oğlanı elə çalır ki, əvvəlcə onun əti-əzası, sonra sümükləri də çürüyür.

Maralın anası yox imiş, fağır atası çox-çox yerlər gəzir, dərə keçib dağ aşır, “bala, bala!..” deməkdən dili ağzında kösöv təki yanır, amma qızını tapa bilmir, onu gördüm deyən olmur. Kişi dərdinin böyüklüyündən nə yeyir, nə içirmiş; göz yaşlarını ürəyinə axıda-axıda yanıqlı bayatılar çəkir, elə Ò»ey:

 

Gülşənim yox, gülüm yox,

Bundan böyük zülüm yox.

Balam itkin düşübdür,

Niyə mənə ölüm yox?

 

- deyirmiş. Yazıq ata qəmli bayatılar söyləyib qəlbinin odunu söndürmək istədiyi vaxt onun əziz ciyərparası Ò»amının gözündən uzaq, kimsəsiz bir dərədə üzünü dilsiz göylərə tutüb: «su... su!..» - deyə yanır, yalvarır, imdad gözləyirmiş. Çox keçmir ki, göy üzünü qara buludlar bürüyür, od nəfəsli düzlərə bir sərinlik çökür. Güclu şimşəklər çaxır, göy guruldayır, güclü yağış yağır. Aranın cadar-cadar olmuş torpaqları doyunca su içir.

Taqəti tükənən Maral qıjıltı ilə axan çaya tərəf sürünür. Bədbəxtlikdən çaya çatmağa az qalmış susuzluqdan qızın bağrı çatlayır, ölür. Ellər, obalar bu acı xəbəri eşitcək axışıb ora gəlir. Maralın çaya çatmağa «ara az» qalmış öldüyünü görürlər. O vaxtdan Aran torpağının sinəsindon axıb gedən bu çayın adı «Araz» qalır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info