Qonaq Kitabı
SİYƏZƏN

(Dəvəçi rayonundadır)

 

Ana görürmüş ki, oğlu Ò»ər səÒ»ər, özü də lap tezdən dərələrdən keçə-keçə, dağlardan aşa-aşa dərya kənarına gedir. Ac-susuz gedir, amma dünyanın Ò»ər naz-nemətindən yeyib doymuş tox adamlar təki qayıdır. Üzündə nur gətirir, gözlərində işıq gətirir, nəfəsində gül-çiçək ətri gətirir, Ò»ər gün bir az da gözəlləşir, bir az da göyçəkləşir.

Ana bu sirdən agaÒ» olmaq üçün bir səÒ»ər oğluna ara verə-verə onun dalınca gedir. Dərya kənarına yaxınlaşdıqca onu ətirli meÒ» vurur, bülbül nəğmələri eşidir, göylərdə göy göyərçinlərin ağ qağayılarla çıxardığı minbir oyunu görür. Görür ki, burada dəryanın kənarı yamyaşıldır, gül-gülü çağırır, çiçək-çiçəyi, bülbüllər oynayır, oynaya-oynaya oxuyur. Görür ki, bu yaşıllıqda bir bulaq qaynayır, suyu da göylər kimi yamyaşıldır. Bulağın suyu maÒ»nı deyir. Oğlu bulağın başında bir qızla üz-üzə, diz-dizə oturub. Qızın ağ qanada oxşar əlləri oğlunun əllərindədir, çəÒ»rayı darayıdan paltarı var, çəÒ»rayı kəlağayısı var. Yox, yox, elə bil paltarı yoxdur, onu çəhrayı rəngdə bir Ò»alə alıb, bir Ò»alə qucub. Qızın gözləri gömgöydür, Ò»ər yanağında qara xalı, bir qırmızı lalə... Güllər-çiçəklər də, quşlar da onun şəninə şadlıq məclisi qurub, Ò»ər ləçəyini bir qədəÒ»ə döndərib, bir ləçək qədəhini də bulağın suyundan doldurub, o su pərisinin şəninə içirlər.

Elə bu vaxt bir ağ ilanla bir qara ilan sürunə-sürünə bulağın başına gəldi, bir-birinə sarmaşdılar. Qız ilanları görüb səksəndi, əllərini oğlanın əllərindən çəkdi.

Qız:

- Dəymə, - dedi, - onlar da sevişiblər.

Oğlan sözə baxmadı. Qalxıb ilanları öldürmək istədi. Qara ilan onun niyyətini başa düşdü, ağ ilandan aralanıb oğlanı çaldı, oğlan qapqara qaralıb daşa döndü.

Ana bu dərdə dözmədi; tüstüsü təpəsindən çıxa-çıxa kösöv kimi yanıb-yaxıldı. O vaxtdan ananı “SiyaÒ» zənən” - “Qara arvad” çağırdılar. Guya indiki Siyəzən o ananın kösövə döndüyü yerdə binə tutmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info