Qonaq Kitabı
EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB

 

Eylə bilirdim ki, dəxi sübh olub,

Mürği-səhərtək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,

Banlamağın hasilini anladım.

 

Övci-fəzadə görərək bayquşu

Səhndə qaqqıllayıram indi mən.

Bir də məni vurma, aman, səngdil!

Rəhm elə, nıqqıllayıram indi mən.

 

Ay çalağanlar, məni qorxuzmayın,

Mən sizə tərk eyləmişəm lanəni!

Seyr eləyiz, övci-həvada ucuz,

Mən də gəzim səhnəçeyi—xanəni.

 

Ağlamayın, ağlamayın, cücələr,

Banlamaram, banlamaram bir daha!

Banlamamaqdır sizə əhdim mənim,

Söyləmirəm: anlamaram bir daha!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1907, â„– 39) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info