Qonaq Kitabı
ZAR

(Kəlbəcər rayonundadır)

 

Bir qarı var imiş. Bu qarının Zaza adlı oğlundan başqa kimsəsi yox imiş. Zaza qonşu kənddən Nazı adlı bir qızı sevirmiş. Ancaq kasıb olduğundan qızı ona vermirlərmiş. Oğlan fikirləşir ki, Nadir şaÒ»ın yanına gedim, bəlkə mənə kömək etdi. Oğlan qapıda qarpız tağı əkir. Tağın bir qanadını saxsı bardağın içinə salır. Bardağ içində olan qanad çiçək açır, kürə tökür. Kürə böyüyüb qarpız olur. Zaza içində qarpız olan saxsı bardağı Nadirə Ò»ədiyyə aparır. XaÒ»iş edir ki, Nazını ona alsın. Nadir bardaqda qarpıza baxıb, oğlanın fərasətinə afərin deyir. O, Nazının ata-anasına əmr edir ki, qızı Zazaya versinlər.

Əmr verən günü Nadir şaÒ» səfərə çıxır. Qızın adamları fürsətdən istifadə edib, gecə gəlib, Zazanı tikə-tikə doğrayıb quyuya tökürlər.

Zazanın bir seÒ»rli tütəyi var imiş. Həmişə özü-özünə çalıb, Zazanın başına gələn əÒ»valatı söylərmiş. Nadir səfərdən geri qayıdanda görür ki, quyudan səs gəlir. Qulaq asır görür tütəkdi, deyir:

 

Zazanı öldürdulər,

Quyuya saldırdılar.

 

Nadir o saat Ò»ökm edir, Zazanı öldürənlərin, Nazının atasının, anasının boynunu vurdurur. Zazanın anası Ò»ər gün ağlayır, zarıyır. Onun zarımasından kəndin adı Zar qalır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info