Qonaq Kitabı
BAYANDUR

(Zəngəzurdadır)

 

Keçmiş zamanlarda İbili adlı bir qaçaq var imiş. Bu qaçaq dağlarda yaşayır, padşaÒ»ın adamlarına divan tuturmuş. PadşaÒ» onunla davaya nə qədər qoşun göndərirmişsə, onu nə tuta, no də öldürə bilirlərmiş. Axırda şaÒ» İbiliyə sifariş eləyir ki, Ò»aranı istəyirsən bəyən dur, oranı sənə verim. İmarət tikdir, orada yaşa.

İbili padşahın təklifinə razı olur. Çox yer gəzir, axırda gəlib Bayandur olan yerə çıxır, bəyənib orada durur. PadşaÒ» bu yerı İbiliyə verir. İbili burada imarət tikdirib ölüncə yaşayır. Onun üçün də buranın adına «Bəyəndur» demişlər ki, sonralar Bayandur olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info