Qonaq Kitabı
LÖKÜM QALASI

(Kəlbəcər rayonunun Seyidlər  kəndi yaxınlığındadır)

 

Deyildiyinə görə, Kəlbəcərin Löküm qalasında Lök adlı bir adam yaşayırmış. Lök AllaÒ»ı tanımazmış. Özü allaÒ» qayırıb, ona biət edərmiş. Özü də çoxlu qoşunu var imiş. Heç bir padşaÒ» ona qalib gələ bilməzmiş. Bunun əlindən Əmirə şikayətə gedirlər. Həzrət Əmir onunla davaya gəlir.

Əmir onun qoşununu qırıb, Löküm qalasına girir.

Lök çox tilsimkar imiş. O Ò»ər dona düşməyi  bacarırmış. Bu qalanın da bircə yolu var imiş. Əmir burada keşikçi qoyur. Əmir qalanın içinə girəndə Lök itə dönüb, ağzında bir çarıq keşikçinin yanından çıxıb gedir. Əmir qalanın içini varaq-varaq eləyib axtarır, amma Lökü tapmır. Keşikçidən soruşur. O deyir:

- Bu yoldan bircə it çıxıb. Adam-zad çıxmayıb.

Əmir durbinlə baxır, görür ki, Lök it donunda yeddi ağaclıqdan gedir. Əmir şir kimi qəzəblənir, bir qaya götürüb tullayır. Qaya gedib Seyidlər kəndinin yanındakı gədikdə Lökün yanında yerə düşür. Lök yarıya qədər torpaq altında qalır.

Əmir düldül atı minib Lökə çatir, torpaqdan çıxÒ»açıxda onu yaxalayır. Lök Əmirə yalvarır:

- Məni öldürmə.

Əmir onun qaşının ətindən dartıb yerə qədər uzadaraq deyir:

- Ölmə, ölüncə əzab çək!

Əfsanəyə görə Lök ölmür, Ò»eç ölməyəcək, Ò»əmişə əzab çəkəcəkdir. Yenə belə rəvayət edirlər ki, guya göydən qanadlı adamlar enib Löküm qalasını tikmişlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info