Qonaq Kitabı
QIZ QALASI

(Bakıda, Xəzərin saÒ»ilindədir)

 

Belə nəql eləyirlər ki, bir zaman ərəblər atəşpərəstlərin məbədgaÒ»ını dağıdıb, ocaqlarını söndürüb, onlara islam dinini qəbul etdirirlər. O vaxtlar atəşpərəstlər ərəblərin əlindən qaçıb başqa ölkələrə gedirlərmiş.

Atəşpərəstlər ocaq axtara-axtara gəlib gözəl bir yerə çıxırlar. Görürlər ki, bu yerlərin ab-Ò»avası çox yaxşıdır. Özü də burada yerdən od çıxır. Bunu görən atəşpərəstlər gedib öz moltanı xanlarına xəbər verirlər.

Moltanı xanı bu yeri bəyənir. Gəlib dəniz qırağında yeddi mərtəbə Ò»ündürlüyündə iki qapılı, üstü də açıq bir qala tikdirir.

Bunların adətlərinə görə, varlı adamlar yeddi ilin azuqəsini götürüb gələrmişlər Ò»əmin qalaya, alt mərtəbədən başlayıb, ildə qalanın bir mərtəbəsində oturub, ibadət edərmişlər. Yeddi mərtəbəbə qurtarandan sonra moltanı adını alırmışlar.

Bir müddətdən sonra ərəblər gəlib buralara çıxırlar. Atəşpərəstlərlə ərəblər arasında dava düşür. Atəşpərəstlərin bir Ò»issəsi qaçıb başqa ölkələrə, bir Ò»issəsi isə Şüvəlana gedib orda yaşamağa başlayır. Burada özlərinə məbədgaÒ» tikirlər.

İllər, aylar keçir, Səməd adında bir xan peyda olur. Səməd xanın Sona adında gözəl bir qızı varmış. Səməd xan min könüldən bir könülə öz qızı Sonaya aşiq olur. Sonanın Həsən adında bir sevgilisi var imiş, Ò»ər gün onunla görüşürmüş.

Bir gün Səməd xan öz qızını yanına çağırtdırıb ürəyindəkini açıb söyləyir. Sona atasının bu təklifini rədd eləyib ağlaya-ağlaya anasının yanına gəlir, əÒ»valatı ona danışır. Sonanın anası Ceyran xanım gözünün yaşını tökə-tökə əri Səməd xana deyir:

Gəl sən bizi el içində biabır eləmə, ata da öz qızını alarmı?

- Ay arvad, Ò»eç elə iş olar? Qızımı sınayırdım ki, gorən, təmiz qızdımı?

Ceyran xanım ərinin sözunə inanır, gedib qızını da başa salır.

Bir müddət gəlib keçir. Gecəynən Səməd xan arvadını öldürür. Yenə bir müddət gəlib keçir. Səməd xan durub gəlir öz qızının yanına, fikrini ona deyir.

Sonanın əlacı kəsilir, atasından yeddi gün möÒ»lət istəyir. Atası razılıq verir. Sona sevgilisinin yanına gəlir, əhvalatı ona söyləyir.

Sevgilisi Həsən deyir:

- İndi ki belədi, get atana deginən ki, filan yerdə atəşpərəstlərdən qalma bir qala var, yeddi mərtəbəyə kimi tikilibdmi, amma üstü örtülməyib. Bir mərtəbə də onun üstündə tikdirib səkkiz mərtəbə elə, ondan sonra sənə gəlim. O vaxtacan atanın başı qarışar, mən də səni götürüb qaçaram.

Sona razı olur. Atasının yanına gəlib necə ki Həsən demişdi, təklifini atasına söyləyir. Ata qızının təklifini qəbul eləyib Ò»əmin gün moltanıların yeddimərtəbə qalasının üstündən bir mərtəbə də tikdirməyə başlayır. Bir neçə gündən sonra qalanın səkkizinci mərtəbəsi Ò»azır olur.

Sona qalanı görüb ağlaya-ağlaya gedir Həsənin yanına:

- Bu gün axşam atam məni qalanın səkkizinci mərtəbəsinə aparır. Sən də əlinə bir xəncər alıb gəlib dayanarsan pilləkanların birində, atam gələn kimi onu vurub öldürərsən.

Həsən əlinə xəncər alıb gəlir dayanır qalanın üst pilləkanında. Səməd xan gələn kimi Həsən ona  bir xəncər vurub cəÒ»ənnəmə vasil eləyir. Bu dəmdə Sona xanım yuxarıdan baxırmış. Görür ki, Həsən Səməd xanı vurub öldürdü, sevindiyindən heç bilmir nə etsin. Qalanın üstündən boylanıb əliynən Həsəni salamladıqda ayağı büdrəyir, qaladan aşağı yuvarlanır.

Bu mənzərəni görən Òºəsən Sonanın meyiti üstünə gəlir, əlindəki xəncəri ürəyinə soxub, sevgilisinin yanına yıxılır.

Camaat yığışır, Sona ilə Həsəni qalada dəfn edirlər. O vaxtdan qalanın adı olur Qız qalası.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info