Qonaq Kitabı
MƏNGƏLƏN ATA

Əfsanələrə görə, Məngələn ata tilsimli bir kişi olmuş, min il yaşamışdır. Məngələn atanın bircə qizı var imiş. Günlərin bir günü Məngələn ata bərk susayır, qızına deyir:

- Qızım, get bulaqdan mənə su gətir. Lap tez gəl.

Qız bulağa gedir. Bulağın üstündə yoldaşları ilə söÒ»bətə başlayır, atasının tapşırığı yadından çıxır.

Məngələn ata Ò»a gözləyir, qızı gəlmir. Susuzluqdan davam gətirməyib bulağa yüyürür. Qızını söÒ»bətdə görüb deyir:

- Səni daş olasan, qızım, niyə gəlmirsən, bəs bilmirsən susuzam?

Qız o saat çiynində cürdək (bardaq) daş olur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info