Qonaq Kitabı
AĞRIDAĞ

NuÒ» Nəbi yer üzünü su bürüyəcəyini qabaqcadan bildiyi üçün boyük bir gəmi qayırtdırmışdı. Hər cins Ò»eyvandan, insandan bir cüt götürüb gəmiyə yığmışdı. Yer üzünü su alanda gəmi suyun üzünə qalxdı. NuÒ» Nəbi yetmiş beş günlük azuqə də götürmüşdü. Gəmi yetmiş beş gün suyun üzündə qaldı. Bir gün NuÒ» Nəbi gördü ki, bir dağın başı qaralır, gəmisini Ò»əmin dağa tərəf sürdü.

Dağın başı darısqallıq idi, gəmidəki insan və Ò»eyvanları tuta bilməzdi. Deyirlər, başı görünən dağa o zaman Qısırdağ deyərmişlər. Onun övladı olmur, qısır qalırmış. NuÒ»un yanında xəcalət çəkdi. Ona görə xəcalət çəkdi ki, gəmidə olan insan və Ò»eyvanı yerləşdirə bilmirdi. Öz-özünə dedi ki, niyə mənim övladım olmasın, NuÒ»un yanında olanlara Ò»örmət eləyim. NuÒ» Nəbi onun xəcalət çəkdiyini bilib dedi:

- Ey Qısırdağ, sən qısır olmayacaqsan. Sənin övladın olacaq.

Həmin gün Qısırdağ Ò»amilə qaldı, az sonra ağrı çəkdi, bir oğlu oldu. O, ağrı çəkdiyi üçun adını NuÒ» Nəbi Ağrıdağ qoydu. Oğlunun adını Bala Ağrı qoydular. Bala Ağrı da anasının yanında baş qaldırdı. Gəmidə olanlara yer verdilər, onlara Ò»örmət elədilər. O zamandan Ağrıdağ oğlu Bala Ağrı ilə yan-yana durub göylərə baş qaldırdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info