Qonaq Kitabı
DİV ARX

(Qarabağdadır)

 

Qarabağ xanının gözəl bir qızı var imiş. Biri çox varlı-dövlətli, digəri isə Div adlı güclü və qoçaq iki gənc onu sevirmiş. Xanın qızı belə şərt qoyur ki, kim Tərtər çayından yaxınlığa tez arx çəkib su gətirsə ona gedəcək. Gənclər eyni vaxtda müxtəlif yerlərdə işə başlayırlar. Dövlətli pulla adam tutub işlədir. Buna baxmayaraq gecə-gündüz çalışan Div arxı daÒ»a tez tamamlayır. O, səÒ»ərisi gün arxa su buraxmağa Ò»azırlaşır. Dövlətli məğlub olduğunu görüb bir qocanın məsləÒ»əti ilə arxın içərisinə ağ mələfə saldırır. SəÒ»ər bunu görən Div elə bilir ki, artıq dövlətli işi qurtarıb. O, xəncəri sinəsinə soxur. Divin ölüm xəbərini, dövlətlinin isə Ò»iyləgərliyini eşidən qız xəstələnib ölür. Onları Divin çəkdiyi arxdan çox da aralı olmayan bir yerdə dəfn edirlər. Dövlətli qəbirdə də onlara raÒ»atlıq vermir. O, qız ilə oğlanın qəbirləri arasına Ò»iyləgər qarını basdırır. Gənclərin qəbrindən gül kolu, qarının qəbrindən isə tikan çıxır. Gülün budaqları bir-birinə yaxınlaşıb qovuşmaq istəyir, ancaq tikan buna imkan vermir.

Bədbəxt oğlanın çəkdiyi arx indiyə kimi durur. Onu Div arx adlandırırlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info