Qonaq Kitabı
QARAKÖPƏK

(Cəbrayılın Qarabulaq kəndi yaxınlığındadır)

 

Buradan vaxtilə çoxlu qoşunu olan bir padşaÒ» keçirmiş. Sevimli iti də onunla birlikdə imiş. Doyüşlərdən birində bu it öz saÒ»ibini ölümdən xilas etmişdi. İndi isə çayı keçən zaman it xəstələnib qəflətən ölür. PadşaÒ» onu basdırır, əsgərlərinə əmr edir ki, Ò»ər biri itin cəmdəyinə bir ovuc torpaq töksün. Bununla böyük bir təpə yaranır. PadşaÒ» sevimli itinin xatirəsini yad etmək üçun buranı Qaraköpək adlandırır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info