Qonaq Kitabı
Yanıltmaclar

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.

Ay axsaq aşpaz Həsən şaÒ», aşpazlar aş bşirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şaÒ»!

Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...

Aşpaz Abbas bozbaş asar o başda, bu başda.

 

* * *

 

Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, küncüt ucuz.

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.

Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.

 

* * *

 

Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.

Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.

 

* * *

 

Yorğana yoğrul yorğun.

Küp qulpu, xub küp qulpu.

Ağa evinin dar aralığı.

Ay dəyirmilənməyə nə qalıb?

 

* * *

 

Getdim gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor, kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor, kürküyırtıq kirpinin kürkünü yamayır.

 

* * *

Getdim gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim:

- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimi

gördünmü?

Dedi:

- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.

 

* * *

 

Mollanı əmmamələməlimi, əmmamələməməlimi?

 

MƏN DƏ, MƏN DƏ

 

- Gəl gedək bağa,

- Mən də, mən də.

- Çıxaq budağa,

- Mən də, mən də.

- Şaftalı yığaq,

- Mən də, mən də.

- Bağban gəlsin,

- Mən də, mən də.

- İti qışqırsın,

- Mən də, mən də.

- İt mənə hürsün,

- Mən də, mən də...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info