Qonaq Kitabı
QARI

Bir qarıcıq var idi,

Tumancıqı dar idi,

Canınnan bezar idi,

Afdafa aldı ələ,

Getdi buz üstə belə,

Buz üstündə yoruldu,

Afdafası qırıldı.

Asılana-asılana fağan

eylədi;

Üzün tutub buza söylədi:

- A buz, sən nə zalımsan?

- Mən zalım olsaydım,

Gün məni əritməz idi.

- Gün, sən nə zalımsan?

- Mən zalım olsaydım,

Bulut qabağımı kəsməz idi.

- A bulut, sən nə zalımsan?

- Mən zalım olsaydım,

Yağış mənnən yağmazdı.

- A yağış, sən nə zalımsan?

- Mən zalım olsaydım, göy ot

mənnən bitməzdi.

- Ay ot, sən nə zalımsan?

- Mən zalım olsaydım,

qoyunlar başımı üzməzdi.

- A qoyunlar, siz nə

zalımsınız?

- Biz zalım olsaydıq,

Canavarlar bizi yeməz idi.

- Canavar, sən  nə zalımsan?

- Mən zalım olsaydım,

Qara köpək məni boğmaz idi.

- Qara köpək, sən nə

zalımsan?

- Mən zalım olsaydım

Siçanlar çörəyimi yeməzdi.

- Ay siçanlar, siz nə

zalımsınız?

- Biz zalım olsaydıq,

Pişiklər bizi boğmazdı.

- Ay pişiklər, siz nə

zalımsınız?

- Biz zalımıx-zalım,

Yük üstü yorğanımız,

Kürsü üstü qışlağımız.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info