Qonaq Kitabı
USUBUDU

Usdubudu Ò»a usdubudu,

O kişi mənim dostumudu.

Getdi Gilana, gəlmədi,

Yaylığım aldı, vermədi.

Yaylığımın ucu qara,

Yolladım İmamyara.

İmamyarı öldürdülər,

Ağ şala geydirdilər.

Ağ şalın saçaqları,

Zil qara bucaqları,

Vurdum, sandıq açıldı,

İnci, mərcan saçıldı.

İnci, mərcan fil-fili,

Gəl, oxu bizim dili,

Bizim dil Urum dili,

Urumdan gələn atlar,

Ağzında yüyən çatlar,

Heyvanın ağacları,

Bar gətirməz başları.

Vurdum başı üzüldü,

El yaylağa düzüldü,

El yaylaqdan gəlincə,

Yarı canım üzüldü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info