Qonaq Kitabı
OĞLUM

Ay afərin, gül oğlum,

Gül oğlum, sünbül oğlum,

Oğlum, oğlum, naz oğlum,

Dərsindən qalmaz oğlum,

Qələmini al ələ,

Bir yaxşı xətt yaz, oğlum.

Oğlum gedər məktəbə,

Oxur, çatar mətləbə,

Dərsin oxur, rəvanlar,

Nə oxuyubdu anlar.

Daş üstə çiçək qazar,

Məşqini göyçək yazar,

Gümüşdəndi davatı,

Qələmi var beş, altı,

Qələmdanı şəkilli,

Qələmi xallı, milli,

Dəftəri var tərtəmiz,

Kitabı ondan əziz.

Kağızları rəngbərəng,

Oğlum, gətir, yaz görək.

Oğlum səÒ»ərdən durar,

Əl-üzün təmiz yuyar,

Üzünə gülab vurar, 

Saçın, birçəyin darar,

Paltarlarını silər,

Məktəbə göyçək gedər,

Oğlumun adı Əziz,

Üstü-başı tərtəmiz,

Oğlum Ò»ər kəsi görər,

Baş əyib salam verər.

Oğlum küçədə qaçmaz,

Heç kəs ilə savaşmaz,

Oğlum itə daş atmaz,

Atıb günaÒ»a batmaz.

Milçəyə etməz azar,

Milçəyin də canı var.

Pişikləri Ò»eç vurmaz,

Sərçələrə tor qurmaz.

Ay afərin, gül oğlum,

Gül oğlum, bülbül oğlum,

Dərsin oxu, rəvanla.

Sonra danış, gül, oğlum!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info