Qonaq Kitabı
A TEŞTİ-TEŞTİ

A teşti, teşti, teşti,

Ağacdan alma düşdü,

Almanın yanı zədə,

Zədəni yeməz gədə.

Çoban çöldə gəzirdi,

Davarların düzürdü,

Çoban qoyuna gedər,

Köpəyi adam didər,

Qabağında üç keçi,

Hanı bunun erkəci.

Erkəc qazanda qaynar,

Qənbər bucaqda oynar,

Qənbər getdi oduna,

Qarğı batdı buduma,

Qarğı demə, qamışdı,

Beş barmağım gümüşdü.

Gümüşü vürdim tata,

Tat mənə darı verdi,

Darını səpdim yerə,

Darı bitib göyərə.

Yerdən darı göyərdi.

Biçinçi gəldi dərdi,

Biçinçi Həzrətqulu,

Cibində vardı pulu.

Həzrətqulu bənnadı,

Arvadını danladı,

Arvadı CaÒ»anbanı,

Bunun çarşavı Ò»anı?

Çarşavı cırılıbdı,

Qolbağı qırılıbdı.

Çarşavını yamama,

CaÒ»an gedib Ò»amama,

Hamamın suyu isti,

İsti su da nə pisdi.

Telpəri onun qızı

Paltarları qırmızı,

Oğlunun adı Xıdır,

Əlindəki dəhrədir.

Xıdır bəyin dəhrəsi,

Telpərinin cəhrəsi,

Cəhrə demə əsasdı,

Dəhrə demə, almasdı.

Telpəri yunu darar,

Xıdır bəy odun yarar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info