Qonaq Kitabı
KEÇƏL

Keçəl-keçəl, daz keçəl,

Hər yanda pərvaz keçəl,

Qış gəlib qurtarmısan,

Budu gəlir yaz, keçəl.

 

Keçəl, keçəl, mərəndi,

Qolları düymələndi,

Eşitdi saçlı gəlir,

Başına kül ələndi.

 

Keçəl, keçəl, noxudu keçəl,

Başı-gözü qoxulu keçəl.

Keçəl, keçəl, mərəndə,

Arpa, buğda sərəndə.

 

Bir arpanı beş eylər,

Yeddi qazan aş eylər,

Gəlin, yığılaq başına,

ZəÒ»ər qataq aşına.

 

Keçəl, aşın bişibdi,

Noxudların şişibdi,

On iki keçəl bir yanda,

Xarta-xurta düşübdü.

 

Keçəlin xondu başı,

Eşşəyə mindi başı,

O yanda dava düşdü,

Bu yanda sındı başı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info