Qonaq Kitabı
NEYNİRƏM ONU

Bizə üç ad bəllidi,

Şəkərlidi, ballıdı.

Əli, Vəli, Pirəli,

MəÒ»əmməd ondan irəli.

Fındıqsatan, qozsatan,

Rəhmətlik sənin atan.

 

Fatma, Tükəzban,

Zibeydə bir can,

Tükəzban deyər,

Fatma Ò»ey yeyər.

Fatma, Tükəzban,

Qarışdı Ò»ər yan,

Kişnədi göylər,

Dağıldı evlər.

 

Fatma, Zibeydə,

İkisi bir boyda.

Fatma dalaşdı,

Zibeydə qaşdı,

Barıdan aşdı,

Çarxa dolaşdı,

Təndirə düşdü.

 

Fatma təndirdə,

Əl-ayağı kəndirdə.

Fatma biçində,

Qan-tər içində,

Cırıqdır donu,

Neynirəm onu.

 

Zibeydə çöldə,

Ayağı göldə.

Başı dumanlı,

Köhnə tumanlı,

Əli süpürgəli,

Saçı sirkəli,

Yanı itdi,

Yaxası bitdi.

Fənadı sonu,

Neynirəm onu.

Tükəzban yatır,

Qız demə, qatır,

Xor-xor xoruldar,

Gur-gur guruldar.

Gözləri miş-mişi,

Yanağı bişmişi,

 

Əlləri fətir,

İstəyir xətir.

Ayağı kəndir,

Nəfəsi təndir,

Dili bir ərşin,

Burnu bir sajin.

Ömrü axırdı,

Axırı naxırdı,

Belə söylərəm,

Onu neylərəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info