Qonaq Kitabı
TÜLKÜ, TÜLKÜ

Tülkü, tülkü, tünbəki,

Quyruq üstə lünbəki.

Aslan ala ağamız,

Qaplan qara qağamız,

Xoruz kimi mollamız,

Çaqqal bizim çavşımız.

Ala qarğa carçımız,

Sağsağan xəbərçimiz,

Toyuq bizim çərçimiz,

İlan bizim qəmçimiz.

Sarıbabada gəzərsən,

Sarı bığların burarsan,

Bir çomaq vurram ölərsən,

Tülkü, tülkü, tülkü səni,

Öldürərlər bil ki səni.

Tülkü, tülkü, tünbəki,

Quyruq üstə lünbəki.

Ayı axmaq,

Donuz toxmaq,

Qurd ulavuş,

Çaqqal çavuş,

İlan qamçı,

Tısbağa çanaq,

Biz ona qonaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info