Qonaq Kitabı
NAZLAMALAR

Çürü çürülər yarpağı,

Astanalar torpağı,

 

Balamı istəməyənin,

Gözünə bibər yarpağı.

 

Balama qurban dayçalar,

Bu balam Ò»açan əl çalar?

 

Balama qurban inəklər,

Bu balam Ò»açan iməklər?

 

Balama qurban ilanlar,

Bu balam Ò»açan dil anlar?

 

Balama qurban xalası,

Balam qızıl parası.

 

Balama qurban meyvələr,

Balam Ò»açan evlənər?

 

Balama qurban daylaqlar,

Balam Ò»açan oynaqlar?

 

* * *

 

Güzgüdə düymə,

Tozunu silmə,

Xonçada tirmə,

Gələr qızım üçün.

 

MaÒ»manat bağı,

Yaşıl yarpağı,

Qızıl bel bağı

Gələr qızım üçün.

 

Nübar yanağı

Gəzər oynağı,

Bir cüt qolbağı

Gələr qızım üçün

 

Ağ maya əllər,

Belində kəmər,

Qızıl düymələr

Gələr qızımçün.

 

Dağlarda ceyran,

Bu qıza qurban,

On xara tuman

Gələr qızımçün.

 

Əlində var dəf,

Üstündə sədəf,

Bir zərli örpək

Gələr qızımçün.

 

Göydə gedən qaz,

Dimdiyi almaz,

Bir dənə naz-naz

Gələr qızımçün,

 

Heyvası, narı,

Əlimin barı,

On sap mirvarı

Gələr qızımçün.

 

Güzgüdə düymə,

Tozunu silmə,

İki cüt çəkmə

Gələr qızımçün.

 

Ağ maya əllər,

Belində kəmər,

Qızıl düymələr

Gələr qızımçün.

 

Dağlarda ceyran,

Bu qıza qurban,

On xara tuman

Gələr qızımçün.

 

Əlində var dəf,

Üstündə sədəf,

Bir zərli örpək

Gələr qızımçün.

 

Göydə gedən qaz,

Dimdiyi almaz,

Bir dənə naz-naz

Gələr qızımçün,

 

Heyvası, narı,

Əlimin barı,

On sap mirvarı

Gələr qızımçün.

 

Güzgüdə düymə,

Tozunu silmə,

İki cüt çəkmə

Gələr qızımçün.

 

* * *

 

Qalalar, ay qalalar,

Laçın orda balalar,

Laçın balasın verməz,

Bəlkə gücə salalar.

 

Qapımızda var çinar,

Yarpağı dinar-dinar,

Mənim balam körpədi,

Saxlasın pərvərdigar.

 

Qoxusu güldən gəlir,

Güldən, bülbüldən gəlir.

Balamın gül beşikdə,

Yuxusu birdən gəlir.

 

Əzizim, asma məni,

Hay-küyə basma məni,

Qoyma tifil ağlaya,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info