Qonaq Kitabı
LAYLALAR

Bizim yerlər qalın meşə,

Taxtında otur Ò»əmişə,

Aranında gül bitsin,

Yaylağında bənövşə,

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim ucadan,

Ünüm çıxdı bacadan,

Səni tanrı saxlasın,

Çiçəkdən, qızılcadan.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim yatınca,

Gözlərəm ay batınca,

Canım zinÒ»ara gəldi,

Sən Ò»asilə çatınca.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim adına,

Haqq yetişsin dadına.

Hər layla eşidəndə,

Balam düşər yadıma.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Dağlara sərin düşər,

Kölgəsi sərin düşər.

Hər vaxt layla deyəndə

Yadıma Pərim düşər.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla beşiyim, layla,

Evim-eşiyim, layla.

Sən yat, yuxun alginən

Çəkim keşiyin layla!

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim yatasan,

Qızıl gülə batasan.

Qızılgül bağın olsun,

Kölgəsində yatasan.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

Layla dedim yatasan,

Qızıl gülə batasan.

Qızıl gülün içində

Şirin yuxu tapasan.

Balam layla, a layla!

Gülüm layla, a layla!

 

* * *

 

Qızılgul butam, laylay,

Ətrinə batam, laylay,

Balam ərsiyə gələ,

Toyunu tutam, laylay.

 

Laylay dedim yatasan.

Qızıl gülə batasan.

Gül yastığın içində

Şirin yuxu tapasan,

 

Laylay dedim Ò»əmişə,

Karvan gedər enişə.

Yastığında gül bitsin,

Döşəyində bənövşə.

 

Laylay dedim gündə mən,

Kölgədə sən, gündə mən.

İldə bir qurban olar,

Sənə qurban gündə mən.

 

Laylay beşiyim, laylay,

Evim-eşiyim, lay-lay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay.

 

Laylay, quzum, ağlama,

Ürəyimi dağlama,

Yat, yuxun şirin olsun,

Yuxuma daş bağlama.

 

Laylay, a gəlin bala,

Yuxusu dərin bala.

Tanrıdan əÒ»dim budur,

Toyunu görüm, bala.

 

Laylay əməyim bala,

Duzum, çörəyim bala.

Gözlərəm böyüyəsən,

Görüm köməyin bala.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info