Qonaq Kitabı
BÜLBÜLLƏ NƏRGİZ

Nərgiz: Gəl səninlə Ò»əmdəm olaq,

             Gəl dolanaq bağı bülbül, bağı bülbül.

             Bəxtəvərsən gücün çoxdur,

             Parçalarsan dağı bülbül, dağı bülbül.

             Ay qız, ay qız amandır,

             Dağlar başı dumandır.

             Gəlişinə mən qurban,

             Gedişin nə yamandır.

 

Bülbül: Beli incə, özü göyçək,

             Sənsən təzə, bala nərgiz, bala nərgiz.

             Qızıl gül tək açılmısan,

             Yenilikdə, bala nərgiz, bala nərgiz.

              Mən aşiq bəxti yarım,

             Baxtımım taxtı yarım,

             Üzündə göz izi var,

              Sənə kim baxdı, yarım?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info