AY QIZ, AY OĞLAN
Oğlan: - Ay qız, qərənfil, Ay qız, şirindil, Gözlərimə bax, Ürəyimi bil. Qız: - Oğlan, ağ oğlan, Bağa yol salan, Gül vaxtı deyil, Hələ get dolan. Oğlan: - Ay qız, bənövşə, Ay ətir şişə, Acıqlanmazlar, Qonaq gəlmişə. Qız: - Oğlan, ay oğlan, Qaşı yay oğlan, MöÒ»lət verirəm, Altı ay, oğlan. Oğlan: - Ay qız, yasəmən, Saçı yasəmən, Necə dözərəm, Bu möÒ»lətə mən. Qız: - Oğlan, onda gəz, Dinməz, söyləməz, Sevgini duyan, Toya tələsməz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info