Qonaq Kitabı
SANDIĞA GİRSƏM, NEYLƏRSƏN?

- Sən bir qanadlı quş olsan,

Göylərə uçacaq olsan,

Mən də bir qığılcım olsam,

Səni yandırsam, neylərsən?

 

- Sən bir qığılcım olsan,

Məni yandıracaq olsan,

Mən bir ovuc darı olsam,

Yerə səpilsəm, neylərsən?

 

- Sən bir ovuc darı olsan,

Yerə səriləcək olsan,

Mən cücəli toyuq olsam,

Səni dənləsəm, neylərsən?

 

- Sən cücəli toyuq olsan,

Məni dənləyəcək olsan,

Mən bir gözəl ceyran olsam,

Düzlərə qaçsam, neylərsən?

 

- Sən bir gözəl ceyran olsan,

Düzlərə qaçacaq olsan,

Mən bir maÒ»ir ovçu olsam,

Səni ovlasam, neylərsən?

 

- Sən bir maÒ»ir ovçu olsan,

Məni ovlacaq olsan,

Mən bir qızıl alma olsam,

Sandığa girsəm, neylərsən?

 

- Sən bir qızıl alma olsan,

Sandığa girəcək olsan,

Mən bir paslı açar olsam,

Sandığı açsam, neylərsən?

 

- Sən bir paslı açar olsan,

Sandığı açacaq olsan,

Mən bəzəkli gəlin olsam,

Sandıqdan çıxsam, neylərsən?

 

- Sən bəzəkli gəlin olsan,

Sandıqdan çıxacaq olsan,

Mən bir qəşəng oğlan olsam,

Qoynuna girsəm, neylərsən?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info