Qonaq Kitabı
MİXƏK ƏKDİM LƏYƏNDƏ

Mixək əkdim ləyəndə,

Mixək boynun əyəndə,

Bir cüt qurban demişəm,

Əlim əlinə dəyəndə.

Nəqərat

 

Neyləməli?

Neyləməli?

Bu dərdi kimə söyləməli?

Anasına ərz eyləməli.  

Mixək əkdim mərzə mən,

Yığammadım dərzə mən.

Bivəfa yar əlindən 

Kimə gedim ərzə mən.

 

Nəqərat

 

Neyləməli?

Neyləməli?

Bu dərdi kimə söyləməli?

Gedib anasına söyləməli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info