Qonaq Kitabı
GÜLƏBATIN

Bu dağda maral gəzər,

Telini darar gəzər.

Mən yarıma neylədim,

Yar məndən kənar gəzər.

 

Nəqərat

 

Dağlarda çiçək, ay Güləbatın,

Hamıdan göyçək, ay Güləbatın,

Doldur ver içək, ay Güləbatın.

 

Əzizim, od yandırmaz,

Yar səni od yandırmaz.

Elə ki, sən yandırdın,

Heç vədə od yandırmaz.

 

Nəqərat

 

Əzizim, gözlərinə,

Sürmə çək, gözlərinə.

Özüm-özünə qurban,

Gözlərim, gözlərinə.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info