Qonaq Kitabı
AŞİQƏM

Bulaq başı toz olar,

Üstü dolu qız olar.

Səni yanasan, ay qız!

Əyil dəsmalın götür,

Mən götürsəm söz olar.

Səni yanasan, ay qız!

 

Nəqərat

 

Məşuqam, aşiqəm,

Səni mən istərdim,

Bivəfa bilməzdim.

Tufan gələr, dağ əsər,

Külək vurar, bağ əsər.

Yandım, yanasan, ay qız!

Yadıma sən düşəndə

Ürəyim zağ-zağ əsər.

Yandım, yanasan, ay qız!

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info