Qonaq Kitabı
YERİ, DAM ÜSTƏ YERİ

Yeri, dam üstə yeri,

Qızıl cam üstə yeri.

Ayaqların incisə,

Çıx, sinəm üstə yeri.

 

Nəqərat

 

Getdim gördüm yar otaqda,

Qoşa-qoşa xal yanaqda,

Busə yeri var buxaqda,

Al yanaqda, ay dodaqda.

 

Zərxaradan arxalıq,

Əşrəfidən yaxalıq.

Bir busə ver cüt xaldan,

Dadına yetsin xalıq.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info