Qonaq Kitabı
ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ

 

Adətimiz daş idi də`va günü

Tullarıdıq əldə sapan qıjhaqıj!

 

Hər kəsə dəysəydi, edərdi haman

Bir neçə gün ahü fəğan, ufhauf!

 

Mərhəm olurdu, sağalırdı yara,

Əldə qalırdı yenə can sapbasağ.

 

Imdi revolverdi, dönüm başına,

Nagəh olur gülləfəşan partapart!

 

Onda görürsən yıxılıb yanbayan

Bir neçə növrəstə cəvan laybalay!

 

Tüf belə dövranə ki, bədtər olur

Seyri-fələk, dövri-zəman ilbəil!

 

Milləti-islam qırır bir-birin,

Allah, aman, bu nə yaman qırhaqır!

 

Qardaşa bax, qardaşını öldürür,

Vahşi olub əhli-cəhan sərbəsər!

 

Milləti gördükcə belə hərcü mərc

Könlüm olur dopdolu qan qatbaqat.

 

Böylə gedərsə, Bakı əldən gedər,

Qalmaz o məvadə aman hiç, hiç!

 

Bari, xudaya, özün islah qıl,

Ta edələr pirü cəvan sülh, sülh!

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 oktyabr 1906, â„– 30) “Hop-hop” imzası ilə çap olunmuşdur.

Jurnalda şerdən əvvəl “Başına dönüm, Molla əmi!” adı altında kiçik bir felyeton çap edilmişdir. Məzmununa və ifadə tərzinə əsasən həmin felyetonun da M.Ə.Sabir tərəfindən yazıldığını ehtimal etmək olar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info