Qonaq Kitabı
ALMA ALMAYA BƏNZƏR

Alma almaya bənzər,

Alma ağacı gözəl.

Bu yerdə bir qız sevdim,

AÒ»u, ceyrana bənzər.

 

Nəqərat

 

Ay qız, mənim gülümsən,

Gülümsən, bülbülümsən,

Bir yandan yaxın qonşum,

Bir yandan sevgilimsən.

 

Tut ağacı boyunca

Tut yemədim doyunca

Yarı xəlvətdə gördüm,

Danışmadım doyunca.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info